
ADTM Tərcümə Agentliyi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli, 2236 saylı Fərmanına uyğun olaraq, ölkənin dil və tərcümə sahəsinin daha çevik tənzimlənməsi məqsədilə Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə təsis edilib.
Müxtəlif spesifik sahələrə aid mətn və materialların müxtəlif dillərə operativ qaydada yüksək keyfiyyətli tərcüməsi.

- Linqvistik ekspertiza;
- Linqvistik monitorinq;
- Media monitorinqi.

- Turlarda – müxtəlif dillər və spesifik sahə mətnlərinin tərcüməsi üzrə ixtisaslaşmış mütəxəssislərin seçimi şifahi və yazılı imtahan mərhələləri əsasında müəyyən edilir;
- Turlardan uğurla keçmiş və Dövlət Tərcümə Mərkəzinin sertifikatını əldə etmiş mütəxəssislərin SV-ləri qurumun rəsmi Tərcüməçilər Bazasına (Reyestrinə) daxil edilir.

Kitab, elmi, bədii, publisistik əsərlər, məqalə, oçerk, müsahibə və digər materialların xarici ölkələrin aparıcı nəşriyyatlarında, KİV-də çapı, beynəlxalq internet məkanında onlayn yayını.

– Layout və qrafik dizayn;
– müxtəlif formatlı çap xidmətləri;
– veb-saytların dizaynı.
Kitablar satışda

Mənim nəğmələrim
ADTM Tərcümə Agentliyi Gürcüstan Yazıçılar Evinin qrant layihəsi çərçivəsində gürcü poeziyasının klassiki, şair Akaki Seretelinin seçmə poetik nümunələrinin toplandığı “Mənim nəğmələrim” adlı şeirlər kitabını nəşr edib.

Hər suala bir cavab
Nəşr orta məktəb şagirdlərinin dünyagörüşünün daha da artırılması üçünəlavə oxu vəsaiti kimi nəzərdə tutulub.

Alman-Azərbaycan dili danışıq kitabçası
Nəşr almandilli ölkələrdən Azərbaycana işgüzar və turist səfərlərinə gələnlər, eləcə də Azərbaycan dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

Bayquş canavar
“Bayquş canavar” povesti qütb dairəsində yaşayan balaca qız və müdrik yapalağa bənzəyən Bubo adlı müəmmalı heyvanın səmimi dostluğundan bəhs edir.

Misir nağılları
Təqdim edilən nağıllarda qədim Misir mədəniyyəti, adət-ənənəsi və həyatı təsvir olunur, hadisələrin və qəhrəmanların, simvolların və alleqoriyanın rəngarəngliyi oxucuları qədim, sehrli Misir aləminə dəvət edir.

Salam Saşa
Roman məhkəmə tərəfindən barəsində ölüm hökmü çıxarılmış məhkumun həyatından bəhs edən qeyri-adi struktura malik 82 epizoddan ibarətdir.

Saymağı öyrənək
Nəşr 3-5 yaşlı uşaqlarda rəqəmləri öyrənmək, 1-dən 20-yə qədər hesablamaq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Rəqəmlərə uyğun rənglə
Nəşr 3-5 yaşlı uşaqlarda danışıq və rəsm qabiliyyətlərinin formalaşdırılması, inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Azərbaycan-ərəb dili danışıq kitabçası
Nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.