
haqqımızda
ADTM Tərcümə Agentliyi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 may 2012-ci il tarixli 2236 saylı Fərmanına uyğun olaraq, ölkənin dil və tərcümə sahəsinin daha çevik tənzimlənməsi məqsədilə Dövlət Tərcümə Mərkəzi tərəfindən 2020-ci ildə təsis edilib.
ADTM TƏRCÜMƏ AGENTLİYİNİN FƏALİYYƏTİNİ
dövlət qurumları və digər təşkilatların, habelə ayrı-ayrı vətəndaşların müraciət və sifarişləri əsasında müxtəlif spesifik sahələrə aid mətn və materialların, rəsmi sənədlərin, elmi, ictimai-siyasi, bədii, texniki və s. ədəbiyyatların, veb-sayt, vikipediya səhifələrinin və s. Azərbaycan dilində tərtibi, xarici dillərə (və əksinə) tərcüməsi, dil və tərcümə keyfiyyətinin dəyərləndirilməsi, həmçinin geniş əhatəli və çeşidli poliqrafiya xidmətləri (ölkədə və xaricdə nəşr) təşkil edir.
Müxtəlif spesifik sahələrə aid mətn və materialların müxtəlif dillərə operativ qaydada yüksək keyfiyyətli tərcüməsi.

- Linqvistik ekspertiza;
- Linqvistik monitorinq;
- Media monitorinqi.

- Turlarda – müxtəlif dillər və spesifik sahə mətnlərinin tərcüməsi üzrə ixtisaslaşmış mütəxəssislərin seçimi şifahi və yazılı imtahan mərhələləri əsasında müəyyən edilir;
- Turlardan uğurla keçmiş və Dövlət Tərcümə Mərkəzinin sertifikatını əldə etmiş mütəxəssislərin CV-ləri qurumun rəsmi Tərcüməçilər Bazasına (Reyestrinə) daxil edilir.

Kitab, elmi, bədii, publisistik əsərlər, məqalə, oçerk, müsahibə və digər materialların xarici ölkələrin aparıcı nəşriyyatlarında, KİV-də çapı, beynəlxalq internet məkanında onlayn yayını.

– Layout və qrafik dizayn;
– müxtəlif formatlı çap xidmətləri;
– veb-saytların dizaynı.