
EKSPERTİZA
Agentlik dövlət qurumlarında və digər təşkilatlarda tərtib və tərcümə edilən mətn və materialların dil və tərcümə keyfiyyətinin müəyyən edilməsi və qüsurların aradan qaldırılması istiqamətində aşağıdakı xidmətləri həyata keçirir:
Linqvistik monitorinq
– Mətn və materialların orfoqrafik, qrammatik, morfoloji və leksik təhlili üzrə araşdırmaların aparılması;
– dil, tərcümə, terminoloji və sintaktik xətaların müəyyən edilməsi və aradan qaldırılması.
Linqvistik ekspertiza
– Dövlət qurumları, eləcə də digər təşkilat və şirkətlərin, həmçinin ayrı-ayrı vətəndaşların müraciətləri əsasında tərcümə mətnlərinin keyfiyyətinin, orijinal mətnə adekvatlığının müəyyən edilməsi;
– Mətn və materiallarda aşkar olunan dil, tərcümə və üslub qüsurlarının aradan qaldırılması;
– Tərcümə edilmiş mətn və materialların tərtibi, dil, tərcümə, üslub və sahə spesifikasına uyğunluğu keyfiyyətinə dair ekspert rəyinin verilməsi.
Media monitorinqi
– KİV-in, internet-media resurslarının monitorinqinin təşkili;
– Sayt, portal və sosial şəbəkələrdə yerləşdirilən mətn və materialların Azərbaycan və xarici dillərdə tərtib və tərcümə keyfiyyətinin yoxlanılması;
– Müəyyən edilmiş dil və tərcümə xətalarının, üslub və tərtib qüsurlarının aradan qaldırılması.