Seçim turları
Dövlət qurumları, eləcə də digər təşkilat və şirkətlərin keyfiyyətli tərcümə, yaxud peşəkar tərcüməçi tələbatının ödənilməsi məqsədilə ildə 2 dəfə təşkil edilir.
- Turlarda – Azərbaycan, ingilis, rus, ispan, fransız, italyan, alman, türk, çex, ərəb, gürcü, ukrain və s. dilləri və spesifik sahə mətnlərinin (ictimai-siyasi, humanitar. elmi-texniki, maliyyə, iqtisadiyyat, media, tibb, hüquq və s.) tərcüməsi üzrə ixtisaslaşmış mütəxəssislərin seçimi şifahi və yazılı imtahan mərhələləri əsasında müəyyən edilir;
- Turlardan uğurla keçmiş və Dövlət Tərcümə Mərkəzinin sertifikatını əldə etmiş mütəxəssislərin CV-ləri qurumun rəsmi Tərcüməçilər Bazasına (Reyestrinə) daxil edilir.