ADTM Tərcümə Agentliyi

Nərimanov rayonu, Şahin Mustafayev küçəsi, 27/121A (+994 50) 562 17 78 (+994 12) 566 80 09

Tərcümə

Agentlik tərcümə üzrə aşağıdakı xidmətləri təklif edir:

 

Yazılı tərcümə

– Müxtəlif spesifik sahələrə (ictimai-siyasi, hüquq, maliyyə, tədris, iqtisadiyyat, mədəniyyət, tibb, media, neft-kimya, tikinti, texnika, hərb, kənd təsərrüfatı və s.) aid mətn və materialların (kitab, məqalə, tədris vəsaitləri, jurnal, broşür və s.) ingilis, fransız, alman, ispan, rus, ərəb, fars, türk, portuqal, yunan, ukrain, ivrit, çex, italyan, gürcü və s. dillərə (və əksinə) operativ və keyfiyyətli tərcüməsi.

 

Onlayn tərcümə

  • Mətn və materialların onlayn tərcüməsi;
  • Sifarişlərin, xidməti müqavilə və ödənişlərin onlayn qaydada həyata keçirilməsi.

Təcili tərcüməsinə ehtiyac yaranmış mətn və materialların operativ tərcüməsi aşağıdakı qaydada həyata keçirilir:

  • mətnin elektron versiyası (yaxud fotosurəti) saytın tercume@adtm.az bölümünə yüklədilərək tərcümə olunacağı dil və sahə spesifikası seçilir;
  • sifarişin təhvil tarixi və ödəniləcək məbləğ barədə məlumatlar Sifarişçinin elektron poçtuna göndərilir.

 

Veb-saytların tərtibi və tərcüməsi

  • Veb-sayt mətnlərinin tərtibi, xarici dillərə tərcüməsi, redaktəsi;
  • səhifənin mütəmadi qaydada aparılması və yenilənməsi;
  • məlumat axtarışı və toplanması proqramlarının optimallaşdırılması.

 

Audio/audiovizual tərcümə (dublyaj)

  • Audio və videoçarxların, reklam və tanıtım mətnlərinin tərtibi, xarici dillərə (və əksinə) tərcüməsi;
  • elmi, sənədli, bədii filmlərin və digər bu səpkili materialların Azərbaycan və xarici dillərə tərcüməsi;
  • subtitrlərin tərtibi, tərcüməsi, lokalizəsi;
  • Azərbaycan və xarici dillərdə kadrarxası səsləndirilmə (dublyaj).