
Ana səhifə > Xidmət sahələri > Yazılı tərcümə
Yazılı tərcümə Yazılı tərcümə üzrə xidmətlər
Agentlik – sifarişləriniz əsasında, seçdiyiniz dil və sahə üzrə istənilən həcmdə və mürəkkəblikdə mətn və materialların tərcüməsinin operativ və peşəkar səviyyədə həyata keçirilməsini, orijinal mətnin dil, üslub, sahə spesifikliyinə adekvatlığını təmin edir.
Xüsusi üslub mürəkkəbliyinə malik spesifik mətnlərin tərcüməsi
– Xüsusi üslub mürəkkəbliyinə malik spesifik mətnlərin, həcmi bir neçə min səhifədən çox olan elmi, texniki, ədəbi materialların, sahəvi terminologiyalarla zəngin rəsmi, inzibati, hüquqi və s. sənədlərin tərcüməsi müvafiq sahənin yüksəkixtisaslı mütəxəssisləri, peşəkar korrektor, redaktor və texniki heyətinin iştirakı ilə təcrübəli tərcüməçilər tərəfindən həyata keçirilir;
– sifarişlərinizin vaxtında və uğurla həyata keçirilməsinə bilavasitə məsuliyyət daşıyan layihə meneceri layihənin icrasına başlanıldığı andan, təhvil verildiyi tarixə qədər işin operativliyinə və keyfiyyətinə nəzarəti həyata keçirir.
/ Müxtəlif səpkili mətn və sənədlərin tərcüməsi /
- – İxtisaslaşdırılmış sənədlərin (təlimat, spesifikasiyalar, texniki məlumat və göstəricilər, ixtisas və keyfiyyət sertifikatları )
- – AutoCAD və EPLAN proqramlarında istifadə olunan mətnlərin tərcüməsi;
- – iqtisad, maliyyə, hüquq, tibb, neft–qaz sahələrə aid sənədlərin (nizamnamələr, müqavilələr, etibarnamələr, gömrük bəyannamələri, biznes plan və layihələr, maliyyə və audit hesabatları və s.)
- – elmi ədəbiyyatların – məqalə, monoqrafiya, avtoreferat, dissertasiya və s. tərcüməsi;
- – tender layihələri və sənədlərinin tərcüməsi;
- – sertifikatlaşdırma və qeydiyyat sənədlərinin tərcüməsi;
- – rəsmi və işgüzar sənədlərin tərcüməsi;
- – reklam və marketinq materiallarının (kataloq, buklet, afişa, plakat, reklam lövhələri və s.) tərcüməsi;
- – bədii ədəbiyyatın tərcüməsi;
- – notarial qaydada təsdiq edilmiş digər tərcümələr.